-
- 15-12-2021, 09:10
- 378
Koronavirusa görə bağlanan daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Bakıda 45 və 178 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə News24.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".