Qanunsuz ov edən 3 nəfər tutuldu
    • 15-12-2021, 11:31
    • 358

Qanunsuz ov edən 3 nəfər tutuldu

Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Taxtakörpü ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Laçın rayon sakini Kamil Süleymanov, Sabirabad rayon sakinləri Elçin Yusifov və Vasif Cavadov saxlanılıblar.

Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşu aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.