Laçın sakinindən odlu silah aşkarlandı
    • 14-12-2021, 14:39
    • 384

Laçın sakinindən odlu silah aşkarlandı

Laçın rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Arif Eyvazovdan müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.