Bakıda teplovoz gənc oğlanı iki yerə böldü
    • 15-12-2021, 12:36
    • 376

Bakıda teplovoz gənc oğlanı iki yerə böldü

Bakıda qatar yoluna çıxmış oğlan faciəli şəkildə ölüb.

News24.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə Keşlə yük dəmiryol xəttinin üzərində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini, 20 yaşlı Elfaq Rüstəmovu teplovoz vuraraq öldürüb. Hadisə zamanı gənc oğlanın bədəni iki yerə bölünüb.
Faktla bağlı araşdırma aparılır.