Məktəblərdə Yeni il tədbirlərinin keçirilməməsi ilə bağlı tapşırıq verilib: BŞTİ
    • 15-12-2021, 12:40
    • 460

Məktəblərdə Yeni il tədbirlərinin keçirilməməsi ilə bağlı tapşırıq verilib: BŞTİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə yeni il şənliklərinin keçirilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. 

News24.az
xəbər verir ki, İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında artıq bu barədə məktəb rəhbərliyinə tapşırıqlar verildiyini deyib.

O vurğulayıb ki, pandemiya şəraitində məktəblərdə kütləvi böyük tədbirlərin keçirilməsi arzuolunan deyil: "Təbii ki, valideynlərin bununla bağlı hər hansı  təşəbbüslə çıxış etməsinin qarşısını ala bilmərik. Lakin bununla bağlı neqativ hal varsa, biz problemlərin həlli istiqamətində addımlar atmağa çalışacağıq. Ona görə  belə hallarla rastlaşacaq şəxslər İdarəyə müraciət edə bilərlər".