“Məktəblərdə yeni ildə neçə gün tətili olacağı müəyyən edilməyib” -Məhəbbət Vəliyeva
    • 12-12-2019, 14:46
    • 958

“Məktəblərdə yeni ildə neçə gün tətili olacağı müəyyən edilməyib” -Məhəbbət Vəliyeva

Xaric “5 və 6 günlük dərs olan orta məktəblərdə Yeni ildə neçə gün bayram tətili olması hələ müəyyən edilməyib”.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı nazirlik qərar verməyib: "Hələlik həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək".