-
- 15-12-2021, 13:15
- 499
Müəllimlərdən pul yığdığı iddia olunan direktorla bağlı araşdırma aparılır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva məktəb direktorunun müəllimlərdən pul yığılmasını tələb etməsi ilə bağlı səs yazısına münasibət bildirib.
News24.az xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı araşdırma aparıldığını deyib.
BŞTİ müdiri bildirib ki, araşdırmaların nəticələri barədə ictimaiyyətə geniş açıqlama veriləcək: "Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək".
Qeyd edək ki, 189-190 tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərin "WhatsApp" qrupunda valideyn müəllim assosiasiyalarından pul yığılması ilə bağlı səs yazısı yayılıb. Səs yazısında müəllimlərin bütün siniflərdən pul tələb etməsi məsələsi var.
Məhərrəm Əliyev