-
- 15-12-2021, 15:39
- 673
“Brüssel görüşündə Azərbaycan İSTƏKLƏRİNƏ ÇATDI” – ŞƏRH
“Ölkə başçısı həm NATO-nun baş katibi, həm Avropa İttifaqının prezidenti, həm də Ermənistanın baş naziri ilə görüşdü. NATO və Avropa İttifaqının prezidenti ilə görüşlərdə bir sıra məsələlər bəlli oldu. Aydın oldu ki, onlar Azərbaycanın postmüharibədəki şüar və mövqeyi ilə barışıblar. Bu isə ondan irəli gəlir ki, ümumilikdə Qərb Cənubi Qafqazdakı siyasi və iqtisadi proseslərdən geri qalmaq istəmir. Bu proseslərin tərkib hissəsi kimi çıxış etmək istəyir”.
Bunu News24.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O, Avropa İttifaqının mövqeyindən söz açıb: “Avropa İttifaqı çox yaxşı başa düşür ki, bölgədəki proseslərdə rol oynamaq istəyirsə, o zaman Azərbaycanın maraqlarını nəzərə almalıdır. Dünənki bəyanatlar da bunun bariz nümunəsidir”.
Politoloq vuğrulayıb ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında reallaşan təkbətək görüşün çox hissəsi bağlı qapılar arxasında qalacaq: “Ancaq müəyyən razılıqların müxtəlif notları sezilməlidir. Hazırda digər bölgələrdə olduğu kimi Cənubi Qafqazda da müxtəlif geosiyasi qüvvələr arasında mübarizə gedir. Brüsseldə səsləndirilən fikirlər pozitivdir. Bu müsbət fikirlərin reallaşdırılmasında çoxsaylı qısqanclıqlar müşahidə edə bilərik. Bunun fonunda müəyyən maneələr və təxribatlar gözləniləndir”.
Z.Məmmədov qeyd edib ki, Ermənistan hakimiyyəti iqtisadi və nəqliyyat kommunikasiya layihələrini işə salmaqla siyasi ziddiyətləri bir qədər kənarlaşdıra və ya aradan götürə bilər: “Bu rakursda ilkin mərhələdə dəmir yolunun açılmasının planlaşdırılması da çox vacib bir məqamlardan biridir. Beləliklə, Zəngəzura həm Sisian, həm də Mehri istiqamətindən daxil olacağıq. Bizi qarşıda çox böyük işlər gözləyir. Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında dialoqlar davamlı olacaq. Bu dialoqlar ziddiyətləri aradan qaldırmaq üçün müstəsna əhəmiyyət daşıyacaq”.
Siyasət şöbəsi