Neftçala sakinindən odlu silah götürüldü
    • 16-12-2021, 09:47
    • 258

Neftçala sakinindən odlu silah götürüldü

Neftçala rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini S.Əhmədlidən müvafiq sənədləri olmayan “İj-54” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.