Neftçala sakinində odlu silah aşkarlandı
    • 15-12-2021, 09:13
    • 233

Neftçala sakinində odlu silah aşkarlandı

Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan odlu silah aşkarlaıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sərdar Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “TOZ-53” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır.