Qız özünü qatarın altına atdı, amma... - DƏHŞƏTLİ - VİDEO
    • 16-12-2021, 10:47
    • 527

Qız özünü qatarın altına atdı, amma... - DƏHŞƏTLİ - VİDEO

Türkiyənin İstanbul şəhərində metroda özünü qatarın altına atan gənc qızın yaralanmadan sağ qalmasını əks etdirən görüntülər yayılıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, insident 2020-ci il oktyabrın 25-i baş verib.

Şişli metrosunda qatarın yaxınlaşdığını gözləyən qız özünü qatarın altına ataraq intihara cəhd edib. Bu, ətrafdakıların panikasına səbəb olsa da, bədbəxt hadisə baş verməyib və qız yaralanmadan sağ qala bilib.

Qız qatarın relslərinin altından özü çıxıb. Buna baxmayaraq, o, tədbir məqsədilə xəstəxanaya aparılıb. Burada qızın psixoloji problemlərinin olduğu məlum olub. O, daha sonra ailəsinə təhvil verilib. /Qafqazinfo/