Müəllim pul və qızıllara görə arvadının xalasını öldürdü
    • 16-12-2021, 10:14
    • 476

Müəllim pul və qızıllara görə arvadının xalasını öldürdü

Göygöldə aravdının xalasını öldürməkdə şübhəli bilinən fizika müəllimi ilə bağlı ittiham elan olunub.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 14 aprel 2021-ci ildə Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızını yandıraraq öldürməsi istintaqla sübuta yetirilib.

Elnur Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın tamah məqsədilə əmlaklarını ələ keçirməklə öldürüb hadisənin izini itirmək qərarına gələrək S.Hüseynovanın yaşadığı və işlədiyi cücə istehsalı sexinə gələrək onu bıçaqlayıb öldürdükdən sonra 1500 manat və 900 dollar pulu və qızıl-zinət əşyalarını ələ keçirib. Daha sonra özü ilə gətirdiyi dizel yanacağını meyitin üzərinə və sexin müxtəlif hissələrinə səpələyib yandırıb.

Elnur Hüseynova Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə Yevlax rayon prokurorluğunda ittiham elan edilib.

İstintaq tədbirləri davam etdirilir.