Göygöldə itkin düşən məktəbli TAPILDI
    • 10-06-2020, 10:00
    • 647

Göygöldə itkin düşən məktəbli TAPILDI

Göygöldə itkin düşən məktəbli tapılıb.

News24.az-a məlumatına görə, Göygöl sakini Taleh Hüseynov Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı, Göygöl rayon 4 saylı məktəbin 10-cu sinif sagirdi, 2004-cü il təvəllüdlü Nübar Hüseynovanın itkin düşdüyünü bildirib.

Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N. Hüseynovanın olduğu yer müəyyən edilərək ailəsinə təhvil verilib.