-
- 16-12-2021, 13:04
- 1 707
Bakıda 36 yaşlı kişi arvadının başqası ilə danışarkən tutdu, yataq otağında onu... - TƏFƏRRÜAT
Bakıda həyat yoldaşına qısqanclıq zəminində ağır xəsarətlər yetirmiş 1985-ci il təvəllüdlü Elnar Qarayev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən və Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.
Məlum olub ki, Elnar Qarayev həyat yoldaşı Umudə (ad şərtidir) ilə 2014-cü ildə ailə qurub və onların 2 körpə övladı var. Onlar Xəzər rayonu Şağan qəsəbəsindəki evlərində yaşayıblar və ailələrində hər hansı problem olmayıb. Bir müddət əvvəl Elnar arvadının başqa şəxslə münasibət qurduğunu hiss edib və telefonu zorla onun əlindən alarkən xanımına vatsap üzərindən zənglərin gəldiyini görüb. Lakin Umudə ərinə heç kimlə xəyanət etmədiyini deyib.
Elnar nömrə üzrə bütün danışıqları rəsmi qaydada çıxartdırdıqdan sonra həyat yoldaşının başqa şəxslə uzun müddətdir əlaqədə olduğunu, onların dəfələrlə uzun-uzadı danışdığını öyrənib. Umudə də çıxış yolunun olmadığını görərək başqası ilə münasibət qurduğunu, lakin onunla heç vaxt real həyatda görüşmədiyini deyib.
20 avqust 2021-ci il tarixində Elnar yaşadıqları evin 2-ci mərtəbəsində yerləşən yataq otağında həyat yoldaşının ona xəyanət etdiyini düşünərək bıçaqla ona xəsarətlər yetirib. Zərbələrdən ikisi Umudənin döş qəfəsində daxilə nüfuz edib və o, ağır xəsarətlər alıb. Daha sonra Elnar Qarayev birinci mərtəbəyə düşərək analığına və qardaşına həyat yoldaşını bıçaqladığını və onu xəstəxanaya aparmalarını deyib. Özü isə polis bölməsinə gedərək törətdiyi əməli etiraf edib.
Dekabrın 10-da başa çatan məhkəmə prosesində Umudə Qarayeva Elnarla boşanmadığını, onu bağışladığını, uşaqlarının atası olmasını, evdə pul qazanan tək insan olmasını və digər amilləri qeyd edərək onun azadlığa buraxılmasını xahiş edib.
Məhkəmə Elnar Qarayevin həbsdən azadlığa buraxılmasına və onun sınaq müddəti müəyyən edilməklə şərti cəzaya məhkum edilməsinə qərar verib.