Azərbaycan XİN Qazaxıstanı təbrik etdi
    • 16-12-2021, 14:25
    • 641

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanı Müstəqillik Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, təbrik mətni qurumun tviter səhifəsində dərc edilib.

“Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə Qazaxıstan hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Müstəqillik gününüz mübarək, Qazaxıstan!”, - tvitdə qeyd olunub.