-
- 16-12-2021, 17:02
- 536
Bakıda evdən oğurluq edən qardaşlar saxlanıldı - VİDEO
Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində 4 mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Əməliyyat nəticəsində Göygöl rayon sakinləri - Şahin və qardaşı Sərvin Dursunov saxlanılaraq istintaqa təqdim ediliblər.
Onlar zərərçəkmişlərə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurublar. Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.
Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər.
Qeyd edək ki, Şahin Dursunov saxlanılan zaman ondan əlavə olaraq narkotik maddə olan heroin də aşkar edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
"Onların paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Şahin və Sərvin Dursunovların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Xətai Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər", məlumatda qeyd edilib.