Qubada tüfəng və müxtəlif çaplı patronlar AŞKARLANDI- FOTO
    • 17-12-2021, 12:37
    • 347

Qubada tüfəng və müxtəlif çaplı patronlar AŞKARLANDI- FOTO

Qubada tüfəng və müxtəlif çaplı patronlar aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 16 kalibrli ov tüfəngi və ümumilikdə 120 ədəd müxtəlif çaplı patronlar tapılaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.