Şeyma Subaşı iş adamı ilə sevgilidir - VİDEO
    • 27-11-2018, 14:21
    • 2 884

Şeyma Subaşı iş adamı ilə sevgilidir - VİDEO

Türkiyəli məşhur aparıcı və "TV8" kanalının rəhbəri Acun Ilıcalının həyat yoldaşı Şeyma Subaşından boşanması ilə bağlı xəbərlər səngimir. 

News24.az xəbər verir ki, A.Ilıcalıdan boşanan Şeyma Subaşı haqda yeni iddia ortaya atılıb. Ötən gün Ş.Subaşının aktyor Çağatay Ulusoyla eşq yaşaması ilə bağlı xəbərlər yayılıb. Lakin xəbər öz təsdiqi tapmayıb. 

Bu gün isə A.Ilıcalının keçmiş həyat yoldaşının Dubayda yaşayan Çağatay adlı iş adamı ilə sevgili olduğu deyilib. Hətta cütlüyün gecə klublarından birində əyləndiyi zaman çəkilən görüntüləri sosial şəbəkələrdə yayılıb.