Çağatayla sevgili olduğu deyilən Şeymadan  ilk açıqlama - FOTO
    • 27-11-2018, 10:25
    • 1 100

Çağatayla sevgili olduğu deyilən Şeymadan ilk açıqlama - FOTO

Ötən gün  Acun Ilıcalı ilə Şeyma Subaşı boşandığı barədə xəbər vermişdik.

News24.az xəbər verir ki, 8 dəqiqə keçən məhkəmədə cütlük  evliliklərini sonlandırıb.

Onların ayrılığına səbəb kimi Şeyma ilə Çağatay Ulusoyun münasibəti göstərilirdi. İddialara görə, aylar əvvəl Şeyma Subaşı Çağatay Ulusoyla klubların birində əyləndikdən sonra onun evinə gedərkən görüntülənib. Acun isə həmin xəbərin mətbuatda işıqlandırılmasına mane olub.
Şeyma Subaşı bu gün şəxsi Instagram hesabının "story" bölməsində şayiələrlə bağlı açıqlama yayıb: "Çağatay Ulusoyla olan dostluğumu ətrafımdaki insanlar yaxşı bilir.  Dotluq münasibətinin başqa yönə çəkilməsi son dərəcə çirkindir."