Bakıda dəhşətli hadisə: 3 nəfər maşının altında qaldı, atanı infarkt vurdu
    • 20-12-2021, 00:41
    • 1 376

Bakıda dəhşətli hadisə: 3 nəfər maşının altında qaldı, atanı infarkt vurdu

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsində ağır yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, 10 TF 714 dövlət qeydiyyat nişanlı minik avtomobili piyada keçidində yolu keçən 3 nəfəri vurub. Sürətlə hərəkət edən avtomobilin zərbəsinə tuş gələn 2 yaşlı qadın və 22-25 yaşlı qız xəsarət alıb. Hadisə vaxtı yaxınlıqda olan qızın atası gördüklərinin təsirindən infarkt keçirib. 3 yaralı və infarkt keçirən ata təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən sonra ərazidə güclü tıxac yaranıb və polis naryadları cəlb edilib.

Qəzanın baş verdiyi yerdən görüntüləri təqdim edirik.