-
- 20-12-2021, 10:20
- 435
Narkotik çəkib maşın sürənlər HƏBS OLUNDU
Daxili İşlər Nazilriyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.
Bu barədə News24.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qaradağ rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Pərviz Ağarzayevin idarə etdiyi “Hyundai”, Şəmkir rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Taleh Bədəlovun idarə etdiyi “KİA”, Balakən rayonunun Hənifə kəndi ərazisində isə kənd sakini Məmməd Hüseynovun idarə etdiyi “TOFAŞ” markalı avtomobillər saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin və M.Hüseynovun sərnişini Ayaz Osmanoğlunun narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 206, 333.1, 327.1 və 333.2-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə P.Ağarzayev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat, Şəmkir rayon məhkəməsinin qərarı ilə T.Bədəlov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimələniblər.
M.Hüseynov və A.Osmanoğlu barəsində isə protokollar tərtib edilərək Balakən Rayon Məhkəməsinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.