Şirvanda narkotik satan şəxs SAXLANILDI
    • 20-12-2021, 12:39
    • 554

Şirvanda narkotik satan şəxs SAXLANILDI

Şirvan şəhəri ərazisində narkotik vasitələrin, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xəyyam Vəliyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.