Şirvanda "patı" satan şəxs saxlanıldı

Şirvanda "patı" satan şəxs saxlanıldı
KRİMİNAL

22-10-2021, 17:29

Mətn ölçüsü

Şirvan şəhər ərazisində narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olan Vüsal Mirzəyev saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin, heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.