Əməkdar artist qəfil vəfat etdi - FOTO
    • 21-12-2021, 09:47
    • 3 167

Əməkdar artist qəfil vəfat etdi - FOTO

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Çarhanlı vəfat edib.

News24.az xəbər verir ki, bu barədə həmin teatrın aktyoru Əməkdar artist Nofəl Vəliyev məlumat paylaşıb.

Qeyd edək ki, N.Vəliyev əlavə edib ki, ötən ilin dekabrın 14-də aktyorun həyat yoldaşı vəfat edib.

Elşən Çarhanlı 7 mart 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub. Aktyor 27 may 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.