-
- 21-12-2021, 10:40
- 559
Məktəbəqədər təhsilə dair vahid məlumat bazası yaradılacaq
"Ölkə üzrə 1825 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 1692-i dövlət məktəbəqədər təhsil müəssisəsidir".
News24.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bağçalarda 126 mindən çox uşaq tərbiyə alır: "133 özəl bağçasında 5124 uşaq var. Ölkə üzrə 17 128 məktəbdəqədər təhsil işçisi çalışır".
Nazir bildirib ki, dövlət ümumtəhsil müəssisələrində 5 yaşlı uşaqların 85 faizindən artığı məktəbəqədər təhsilə cəlb olunub.
E.Əmrullayev məktəbəqədər təhsilə dair vahid məlumat bazasının yaradılacağını da deyib.
O qeyd edib ki, Təhsil Nazirliyinin artıq mövcud olan müsbət təcrübələri var. Məktəbəqədər təhsil müəssisələrində də elektron sistemin tətbiqi mümkündür: "Qısa zamanda bu müəssisələrin məlumat bazaları toplanacaq. Vahid bazanın olması bizə müəllim və uşaqlarla bağlı daha dəqiq məlumat almağa imkan verəcək. Paralel olaraq daha çox özəl və alternativ məktəbəqədər təhsil müəssisələrin sayının artırılması məsələsinə baxılacaq. Hazırda 85 faiz uşaq məktəbəqədər hazırlığa cəlb olunub. Bu, Azərbaycan təhsilinin əsas uğurlarından biridir”.