Putin ABŞ-a xəbərdarlıq etdi
    • 21-12-2021, 15:40
    • 506

Putin ABŞ-a xəbərdarlıq etdi

"Rusiya ABŞ-ın dost olmayan addımlarına cavab olaraq uyğun hərbi-texniki tədbirlər həyata keçirəcək".

News24.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında bildirib.

“Qərbli həmkarlarımız açıq-aşkar təcavüzkar xətti davam etdirərlərsə, biz uyğun cavab olaraq hərbi-texniki tədbirlər görəcəyik. Dost omayan addımlara sərt cavab veriləcək. Rusiyanın suverenliyi və təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə fəaliyyət göstərməyə tam haqqımız çatır”, - o vurğulayıb.   /Report.az/