-
- 22-12-2021, 17:09
- 2 211
Bakının məşhur “Luna Parkı”nın ADI və ÖZÜ DƏYİŞDİ - FOTOREPORTAJ
Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Nizami Gəncəvi Parkının (keçmiş “Luna Parkı”) yenidən qurulması layihəsi artıq yekunlaşıb.
News24.az-a daxil olan məlumata görə, 24 dekabrda parkın açılışı nəzərdə tutulub.
Parkın çox hissəsi yaşıl bitkilərlə örtülüdür, bu da gəzinti və istirahət üçün rahat şərait yaradır. Bundan əlavə, parkda oyun meydançası, idman sahəsi, kafe və s. mövcuddur.
Ümumi mənzərənin ən gözəl hissələrindən biri parka uyğunlaşdırılmış göldür.
Xatırladaq ki, ölkə başçısının sərəncamına əsasən, 2021 -ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.
Park Ağ Şəhər layihəsinin ərazisinə daxildir. Yenidənqurmadan sonra parkın sahəsi iki dəfədən çox artıb. Abadlıq işlərindən sonra bu park 16 hektar olub.
Fotoları təqdim edirik:
Foto: Nicat Niftəliyev