Bu rayonda Türkiyə-Azərbaycan Qardaşlıq Parkı salınır
    • 17-04-2021, 12:55
    • 491

Bu rayonda Türkiyə-Azərbaycan Qardaşlıq Parkı salınır

Quba rayonunda "Türkiyə-Azərbaycan Qardaşlıq Parkı"nın tikintisi və layihələndirilməsi işlərinə başlanılıb.

Park Quba şəhəri, Əliqulu Nərimanov küçəsində inşa olunur.
Parkın layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb cəlb olunub. Dizayn işləri isə MÜSİAD Azərbaycan təşkilatı tərəfindən aparılıb.
Parkın eni 24 metr, uzunluğu isə 60 metrdir. Parkda simvolik olaraq Azərbaycan və Türkiyənin bayraqlarındakı ulduz və ayparalar tikintidə tətbiq olunacaq.
Qeyd edək ki, parkın açılışı ulu öndər Heydər Əliyevin doğum gününə planlaşdırılıb./Report/