-
- 23-12-2021, 17:48
- 593
Pirotexniki vasitələr satan şəxslər yenidən saxlanılıblar - VİDEO/FOTO
Bir neçə gün əvvəl pirotexniki vasitələrin satışını həyata keçirdikləri üçün inzibati məsuliyyətə cəlb edilən şəxslər yenidən eyni əməllə məşğul olduqları üçün saxlanılıblar.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Kənan Əhmədov, Novruz Əsədov və Eldar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmin şəxslərin fəaliyyət göstərdikləri mağazalara baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Faktlarla bağlı onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Qeyd edək ki, Novruz Əsədov və Eldar Hüseynov bir müddət əvvəl də eyni əməllə məşğul olduqları üçün saxlanılıblar və barələrində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb. Lakin, onlar əməllərindən nəticə çıxarmayaraq yenidən pirotexniki vasitələrin satışını həyata keçiriblər.
Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442.ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.