-
- 24-12-2021, 13:23
- 813
Faktiki hava AÇIQLANDI
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən News24.az-a bildirilib ki, ölkə ərazisində səhər saatlarına olan məlumata əsasən yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb, Bakıda və Abşeron yarımadasında sulu qar, qar yağması müşahidə olunur.
Düşən yağıntının miqdarı Lerikdə 10.0 mm, Neftçalada 7.0 mm, Lənkəran, Xaçmazda 5.0 mm, Yardımlı, Astarada 4.0 mm, Biləsuvar, Şabran, Quba, Xaltanda 3.0 mm, Şahbuz, Ağdərə (Ordubad), Altıağac, Qusarda 2.0 mm, Naxçıvan, Şərur, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Şəki, Qrız, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 15.0 mm (aylıq normanın 44%-i), Binədə 14.0 mm (aylıq normanın 48%-i), Bakıda 9.0 mm (aylıq normanın 30%-i), Pirallahıda 5.0 mm, Sumqayıtda 2.0 mm, Neft Daşları, Çilov adasında 1.0 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Ləzədə 20 sm, Daşkəsəndə 16 sm, Qrızda 15 sm, Göygöldə 12 sm, Xınalıq, Ağdərədə (Ordubad) 10 sm, Qusar, Xaltan, Altıağacda 9 sm, Sarıbaşda (Qax) 8 sm, Yardımlıda 6 sm, Lerik, Şabranda 4 sm, Şərurda 2 sm, Kişçay (Şəki), Şahbuzda 1 sm olub.
Qərb küləyi arabir Xınalıqda 20 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, aran rayonlarında 0-4° şaxta, dağlıq rayonlarda 8-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, Naxçıvan MR-da 3-6° şaxta olub.
Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı, şaxtalı hava şəraiti dekabrın 25-dək davam edəcək. Dekabrın 25-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.