-
- 24-12-2021, 14:03
- 2 513
DTX-nın tutduğu dəstə bu məmurların intim videosunu yaymaq istəyib- ADLAR
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb.
News24.az "Unikal"a istinadən xəbər verir ki, bir müddət əvvəl şantaj edilən azərbaycanlılar arasında vəzifəli şəxslər də olub.
Onlardan biri YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovdur. Onun qadınla videogörüntülü danışığı və intim hərəkətlər etməsi bir müddət öncə sosial şəbəkələrdə yayılmışdı. Məlum hadisədən sonra o, YAP-nin iclası zamanı verilən qərarla Binəqədi rayon təşkilatının sədri vəzifəsindən azad olunub.
Sözügedən dəstənin "qurbanı" olan digər şəxs isə Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Qeyd edək ki, bu barədə o, özünün "Twitter" səhifəsində şantaj edildiyini açıqlamışdı.
Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin də pornoqrafik videosu yayılmışdı.
Həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirlinin intim videosu kiber cinayətkarlar tərəfindən yayılmışdı.