“Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” - TƏLİM
    • 27-12-2021, 10:52
    • 468

“Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” - TƏLİM

Bu gün Fövqəladə Hallar Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda seminara start verilib. 

News24.az xəbər verir ki, təlim mina və partlamamış hərbi sursatlar, mina təhlükəsinə dair təhlükəsizlik qaydaları, minalı əraziləri fərqləndirən əlamətlər, "112" və "102" qaynar xəttlərinin xilasetmədə əhəmiyyəti mövzularını əhatə edəcək.

Təlimdə FHN XRXX-in rəis müavini general-mayor Məhərrəm Həsənov, FHN-in Mətbuat Xidmətinin rəisi mayor Gülçin Mehdiyeva, XRXX-in İctimaiyyətlə Əlaqə sektorunun rəisi Ehtiram Xəlilov, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Əməkdar jurnalist Natiq Məmmədli, UNEC Tədqiqat Fondunun media və dövlət qurumları ilə iş üzrə Departament rəhbəri Ellada Əliyeva çıxış edəcək.