"Medianın İnkişafı Agentliyi və Baş Prokurorluq ortaq vəsait hazırlayıb" - Prokuror müavini
    • 13-10-2021, 15:42
    • 440

"Medianın İnkişafı Agentliyi və Baş Prokurorluq ortaq vəsait hazırlayıb" - Prokuror müavini

"44 günlük haqq savaşında Ali baş Komandanın rəhbərliyi altında hərbi zəfər qazandıq. Qələbəmizi tarixə qızıl hərflərlə həkk etdik. Dövlət təsisatları və media qurumları arasında əlaqə bu gün də gündəmdədir".

News24.az-ın məlumatına görə, bunu Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Media və Hüquqi Maarifləndirmə" mövzusunda keçirilən tədbirdə Baş Prokurorun müavini Heydər Məmmədov deyib.

Prokuror müavini bildirib ki, baş prokurorluq media ilə əlaqələri genişləndirməyə çalışır: "2021-ci ilin birinci 9 ayı ərzində KİV-in 1493 sorğusu cavablanıb, Baş Prokurorluğun 819 məlumatı rəsmi saytında və sosial şəbəkələrdə paylaşılıb. Müxtəlif aktual mövzularla bağlı videoçarxlar hazırlanıb. Buna erməni vandalizmi, intiharlar, narkotik və dəm qazı ilə boğulma kimi mövzuları nümunələri deyə bilərik. Biz Medianın İnkişafı Agentliyi ilə birgə ilk tədbirimizdir. Sahəli jurnalistikanın inkişaf etdirilməsi və jurnalistlərin maarifləndirilməsi istiqamətində vəsaitin dərc olunmasını da təmin etmişik".