İlham Əliyevin iştirak etdiyi sammit başladı - Canlı
    • 28-12-2021, 15:18
    • 868

İlham Əliyevin iştirak etdiyi sammit başladı - Canlı

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir.

News24.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilin sonu keçirilir. Bu il görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri dəvət olunub.