-
- 28-12-2021, 17:09
- 678
"Yoluxma faizində azalma müşahidə edilir"- YAQUT QARAYEVA
"Yeni yoluxma 377, aparılan testlər 1 gün 8774, pandemiya başlayandan 600 mindən çox yoluxma, 8 yüz minə qədər isə ölüm halları qeydə alınıb".
News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, 2020-ci ilin noyabr-dekabr aylarında 31% yoluxma halı qeydə alınıb: "Bugünkü günlərdə yoluxma faizlərində azalma müşahidə edilir. Yoluxma sayı 4-5 faizə düşüb.
Azərbaycanda pozitiv nəticə daha çox Bakı və Abşeronda qeydə alınıb. Bakıda daha çox Xətai və Binəqədi rayonlarında yoluxma halları qeydə alınıb. Vəziyyət stabildir deyə bilərik".
Şöbə müdiri bildirib ki, yoluxmanın qənaətbəxş olması qaydaları riayət etməyimizlə bağlıdır: "Gəlin, gigiyenik qaydalara riayət etməyə davam edək, vaksinasiyadan keçək".