TKTA-ya yeni təyinat
    • 28-12-2021, 17:43
    • 843

TKTA-ya yeni təyinat

27 dekabr 2021-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin strukturunda dəyişiklik baş verib. 

News24.az xəbər verir ki, Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Agentliyin sədri vəzifəsinə Səttarova Ülkər Eldar qızı təyin olunub. Ülkər Səttarova bundan əvvəl Təhsil Nazirliyində nazirin müşaviri kimi çalışıb. 

O, 2008-ci ildə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya sistemləri ixtisası üzrə magistr təhsili alıb və hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.          .

2014-cü ildə “Texnika üzrə Fəlsəfə doktoru” elmi dərəcəsinə və 2016-cı ildə “Kompüter elmləri ixtisası üzrə dosent” elmi adına layiq görülüb. 
AMEA-da və Fransada aparan elmi araşdırmanın nəticə olaraq 2019 ildə Ali Attestasiya Komissiyası tərəfindən Texnika Elmləri Doktoru Elmi dərəcəsi alıb.

Ülkər Səttarova 2004-2009-cu illərdə AMEA Kibernetika İnstitutunda və 2010-2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində müvafiq vəzifələrdə, 2018-ci ildən isə həmin universitetdə Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışıb.   

100-dən çox elmi əsərin, 3 monoqrafiya və 2 ixtiranın (patent), eyni zamanda 3 metodik vəsaitin və bir dərsliyin müəllifidir. 7 məqaləsi impakt faktorlu jurnallarda dərc edilib. Texnika sahəsi üzrə AAK-sının ekspert şurasının üzvüdür.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayından bu vəzifəni Eldar Orucov icra edib. 28 dekabr 2021-ci il tarixindən  Eldar Orucov Təhsil Naziri Emin Əmrullayevin digər əmri ilə Təhsil Nazirliyində  Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.