Bu il 190 mindən artıq şəxsin əlillik müddəti bitib
    • 29-12-2021, 11:56
    • 328

Bu il 190 mindən artıq şəxsin əlillik müddəti bitib

"Cari il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təxminən 190 mindən çox şəxsin əlilliyinin müddəti bitib. Onlar müvafiq səhiyyə müəssisələrinə müraciət edərək əlilliklərini təmin edə bilərlər. Əlilliklə bağlı maliyyə yükünün nə qədər olması gələn ilin aprel və mart aylarında aydın olacaq".

News24.az-ın məlumatına görə, bunu "2021-ci ilin yekunlarına dair" keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O bildirib ki, fondun gəlirlərində artım müşahidə olunub: "Xərclərində isə qanunvericilikdə müəyyən olunan proqnoz həddi aşılamayıb". 

Fond sədri qeyd edib ki, özəl pensiya fondlarının yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünya praktikasını araşdırır: "Özəl pensiya fondları uzunmüddətli investisiya formasında fəaliyyət göstərəcək. Bu məsələ qiymətləndirilməlidir. Burada həssas yanaşmaq lazımdır. İlkin tələblər milli inkişaf prioritetlərinə daxil edilib".

Məhərrəm Əliyev