-
- 29-12-2021, 14:10
- 1 498
Vətən müharibəsində şəhid olan kapitanın ailəsində AĞIR İTKİ - FOTO
Vətən müharibəsində şəhid olan kapitan Aşur Cəmiyevin ailəsində ağır itki üz verib.
News24.az-ın məlumatına görə, şəhid sərhədçinin anası Gülnar xanım haqqın dərgahına qovuşub. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Aşur Bəybala oğlu Cəmiyev 1989-cu il iyunun 18-də Şahbuz rayonunun Külüs kəndində anadan olub.[1] 2003-2006-cı illərdə Heydər Əliyev adına hərbi liseydə oxuyub. 2006-2010-cu illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin məzunu olub.
Aşur Cəmiyev əvvəlcə, sərhəd zastavasında rəis müavini kimi xidmət edib. Sonra kəşfiyyat bölüyünün komandiri olub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Aşur Cəmiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aşur Cəmiyev oktyabrın 21-da Zəngilan döyüşləri zamanı şəhid olub.
"Vətən uğrunda", medalı, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət etsin.