-
- 29-12-2021, 15:37
- 868
Bakıda dəhşət: Tanımadığı şəxsin telefonuna boylandığına görə öldürüldü
Bakıda mübahisə zəminində baş verən davada xəsarət alan şəxsin sonradan ölməsi ilə bağlı cinayət işinin təfərrüatı məlum olub.
News24.az Oxu.az-a istinadən məhkəmə istintaqının sənədlərinə əsasən, motivləri təqdim edir.
Hər şey Əbil Məcidovun (32 yaşlı) 2021-ci ilin 2 avqustunda Yasamal rayonunda yerləşən marketlərdən birində alış-veriş etməsindən sonra başlayıb.
Gecə alış-veriş etdikdən sonra marketin qarşısında dostu ilə dayanaraq (təxminən saat 01:00 radələrində) kəskin alkoqol sərxoşluğu olan, tanımadığı Haşım Daşdəmirov (32 yaşlı) onlara yaxınlaşıb.
İstintaqla müəyyən edilib ki, Haşım Daşdəmirov əlində spirtli içki ilə tanımadığı şəxslərə sataşıb.
Belə ki, o, Əbil Məcidovun telefonuna boylanıb. Bu zaman Əbil ondan uzaqlaşmasını tələb edib.
Haşım isə istədiyi yerdə dayanacağını bildirib, dostlar onun diqqətinə çatdırıblar ki, onlar namaz qılandırlar və içki ilə onlara yaxın durmasın.