Qarabağda aşkarlanan minaların sayı AÇIQLANDI
    • 29-12-2021, 17:03
    • 375

Qarabağda aşkarlanan minaların sayı AÇIQLANDI

Müdafiə Nazirliyi işğaldan azad olunan ərazilərdə aşkarlanan minaların sayını açıqlayıb.

News24.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib ki, mina təmizləmə işlərində əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

"2021-ci il ərzində 13 min hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib, 17 minədək mina və partlamamış döyüş sursatı aşkar edilərək zərərsizləşdirilib", - o vurğulayıb.