-
- 29-12-2021, 19:13
- 875
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib
Dekabrın 29-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
News24.az xəbər verir ki, İdarə Heyətinin iclasının müzakirəsinə “Yeni Azərbaycan Partiyasının Proqramının təsdiq edilməsi” və “Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydasının təsdiq edilməsi” məsələləri çıxarılıb.
Birinci məsələ barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, VII qurultayda partiyamızın Sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması barədə tapşırıq və tövsiyələrini verib. Bu tövsiyələrdən irəli gələrək yaradılmış müvafiq işçi qrupu tərəfindən proqram üzərində işlərə başlanılmış, ötən müddət ərzində sənədin layihəsi işci qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, Partiyamızın Sədri cənab İlham Əliyevin irad və tapşırıqları əsasında təkmilləşdirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının böyük inkişaf yolu keçdiyini deyən Tahir Budaqov xatırladıb ki, partiyamızın fəaliyyəti dövründə qəbul olunmuş proqramlar uğurla icra olunub. Diqqətə çatdırılıb ki, 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş Partiyamızın yaradıcısı Heydər Əliyevin müəllifi olduğu proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olmuşdur. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilib.
YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, partiyamızın proqramı Azərbaycan xalqını və dövlətini qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə çatdırıb. Yeni proqram isə, əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir. 5 fəsildən ibarət olan proqramda Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında dayanan yeni hədəflər əksini tapmışdır.
Müzakirələr zamanı çıxış edən edən YAP İdarə Heyətinin üzvləri Mübariz Qurbanlı, Musa Quliyev və Hikmət Babaoğlu partiyanın yeni proqramının əhəmiyyətini vurğulayaraq nəzərdə tutulan gələcək hədəflərində partiyamızın Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçiriləcəyinə əminliklərini ifadə ediblər.
Müzakirələrdən sonra Yeni Azərbaycan Partiyasının Proqramı yekdilliklə təsdiq edilib.
Daha sonra iclasda “Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydasının təsdiq edilməsi” məsələsi müzakirə olunub. Bu barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, sənəd Yeni Azərbaycan Partiyasının Nizamnaməsinin 5.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Müzakirələrdə YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Bayram Aslanov və Elmar Qasımov çıxış etdikdən sonra sənəd yekdilliklə təsdiq edilib.