Bakıda ŞOK HADİSƏ – 16 yaşlı qız gecə saat 1-də...
    • 30-12-2021, 14:27
    • 879

Bakıda ŞOK HADİSƏ – 16 yaşlı qız gecə saat 1-də...

Bakıda 16 yaşlı qızın itkin düşməsi barədə polisə müraciət edilib.

News24.az-ın məlumatına görə, dekabrın 28-də günorta saatlarında Xətai rayonunda yerləşən 35 saylı Polis Bölməsinə gələn rayonun Dənizçi küçəsində yaşayan V.V qızı Aysunun (şərti adlı) gecə saat 01 radələrində evdən çıxaraq itkin düşdüyünü bildirib.

Qızından xəbər ala bilməyən qadın onun itkin düşməsi ilə bağlı polisin araşdırma aparmasını xahiş edib.

Mənzili tərk edikdən sonra ailəsi ilə  əlaqə saxlamayan qızın yerinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, noyabrın sonunda Aysu V.nin 16 yaşı tamam olub.