Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşdü
    • 2-01-2022, 23:15
    • 562

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşdü

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.