-
- 9-02-2021, 14:29
- 717
Biri polkovnik-leytenant olmaqla 5 hərbçimiz minaya düşdü - Yeniləndi - Foto
Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu və Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
Müdafiə Nazirliyindən News24.az-a verilən xəbərə görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
"Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur", - deyə qeyd olunub.
***
13:24
Azərbaycanda polkovnik-leytenant minaya düşüb.
News24.az xəbər verir ki, bu barədə Oxu.az Müdafiə Nazirliyindən məlumat əldə edib.
Bildirilib ki, polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.
O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.
***
“Report”un məlumatına görə, daha 4 hərbçi Tərtər rayonunun Talış kəndi istiqamətində minaya düşüb. Onlar leytenant Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayevdir.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar.
Polkovnik-leytenant Kamil Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.