-
- 5-01-2022, 12:05
- 719
Acı olay: 35 yaşlı qadın əri və 2 körpə oğlunun meyitini tapdı
Türkiyənin Adana vilayətində ailə faciəsi yaşanıb.
News24.az-ın məlumatına görə, Adananın Yüreğir qəsəbəsinin Yavuzlar məhəlləsində yaşayan 35 yaşlı Asiya Çulha səhər saatlarında digər otaqda yatmış əri, 40 yaşlı Səməd və övladları: 8 yaşlı Əli ilə 6 yaşlı Hüseynin meyitini tapıb.
Ailə üzvlərinin yuxudan oyanmadığını görən qadın onları silkələyib. Bu zaman Səməd və uşaqların öldüyü məlum olub və qışqırıq səsinə qonşular gəlib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşlarının gəlməsindən sonra kişi ilə övladlarının dəm qazından boğularaq öldüyü bildirilib.