56 yaşlı kişi qonşunun azyaşlı oğlunu zorladı - AZƏRBAYCANDA DƏHŞƏT
    • 3-04-2019, 17:37
    • 1 933

56 yaşlı kişi qonşunun azyaşlı oğlunu zorladı - AZƏRBAYCANDA DƏHŞƏT

Azərbaycanın Qusar rayonundə iyrənc hadisə yaşanıb. News24.az-ın məlumatına görə, sözügedən rayonda 56 yaşlı kişi qonşusunun oğlunu zorlayıb. Hadisə rayonun Hil kəndində baş verib. Kənd sakini olan qadın oğlunun başına gələnlərlə bağlı Qusar Rayon Polis Şöbəsinə müraciət edib. O qeyd edib ki, 15 yaşlı oğlunu həmin kənddə qonşuluqda yaşayan 56 yaşlı K.Qurbanov zorlayıb. Faktla bağlı Qusar Polis Şöbəsində araşdırmalara başlanıb. Məktəbliyə qarşı seksual hərəkətlər edən yaşlı kişi istintaqa cəlb edilib. 

Taleh BAĞIROV