Bakıda polisdən qaçan motosiklet belə tutuldu – ANBAAN VİDEO
    • 5-01-2022, 12:31
    • 585

Bakıda polisdən qaçan motosiklet belə tutuldu – ANBAAN VİDEO

Bakıda motosiklet və mopedlərin yol hərəkəti qaydalarını tez-tez pozması adi hala çevrilib. Xüsusilə digər nəqliyyat vasitələrini sağdan ötməklə amenvr edən bu motosikletçilər böyük təhlükə yaradırlar.

News24.az-ın məlumatına görə, motosikletlərin sağdan ötməsi səbəbindən çoxsaylı yol qəzaları da baş verir. Ötən gecə də yol polisi hərəkət qaydalarını pozan motosikleti saxlamağa çalışarkən insident baş verib.

Motosikletçi DYP avtomobilinin qanuni tələbinə məhəl qoymayaraq uzaqlaşmağa çalışıb. Bu zaman cəld hərəkət edən yol polisi əməkdaşı onu saxlamağa müvəffəq olub.

Baş vermiş hadisə digər avtomobilin video-qeydiyyat aparatı tərəfindən anbaan lentə alınıb. Həmin görüntüləri təqdim edirik.