Qazaxıstanda ŞOK HADİSƏ: Prezidentin iqamətgahı yandırıldı - Video
    • 5-01-2022, 16:11
    • 708

Qazaxıstanda ŞOK HADİSƏ: Prezidentin iqamətgahı yandırıldı - Video

Qazaxıstanda etirazçılar ölkə Prezidentinin Almatı şəhərindəki iqamətgahını ələ keçiriblər.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolardan sözügedən iqamətgahda yanğının başladığını görmək mümkündür.

İqamətgah Almatı şəhər administrasiyasının yaxınlığında yerləşir. Etirazçılar daha əvvəl administrasiyanın binasına daxil olmuşdular.

Aksiya iştirakçıları binaya daxil olandan sonra burada yanğın baş verib.