Qazaxıstanın bu şəhərində polis etirazçıların tərəfinə keçdi - Video
    • 5-01-2022, 11:30
    • 584

Qazaxıstanın bu şəhərində polis etirazçıların tərəfinə keçdi - Video

Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı keçirilən etiraz aksiyaları səngimir.

News24.az Qazaxıstanın yerli teleqram kanallarına istinadən xəbər verir ki, Aqtöbe şəhərində polis əməkdaşları aksiya iştirakçılarının tərəfinə keçib və aksiyanı dağıtmağı dayandırıblar. 

Eyni zamanda, avtobus sürücüləri də aksiyaya qoşulub və küçələri nəqliyyat vasitələri ilə bağlayıblar.

“Протесты в мире” (Dünyada etirazlar) teleqram kanalının məlumatına görə, etirazçılar Almatı vilayətinin hökumət binasını ələ keçiriblər.

Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.