-
- 28-11-2018, 16:42
- 1 212
"Adil Əliyev deputatdır, millətin danışan dilidir"
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində deputat Adil Əliyevə məxsus olduğu iddia edilən torpaq sahəsinin sahibi Qətibə Abdullayevanın nümayəndəsi Zakir Həsənov tərəfindən mətbuat konfransı keçirilib.
Zakir Həsənov deputatla bağlı mətbuatda səslənən iddialara cavab verib: "Torpağın sahibi olduğunu iddia edən Xəzəngül Məmmədovanın torpağın statusu bəlli olmadan bələdiyyə tərəfindən ona verilməsi bizim tərəfimizdən araşdırıldı. Ədliyyə Nazirliyinin müvafiq şöbəsində də göstərilib ki, həmin torpaq sahəsi dövlətə məxsusdur. Bununla bağlı bələdiyyə sədrinə də bildirilib. Bu məsələlər sənədlərdə öz əksini tapıb. Daha sonra məlum oldu ki, Xəzəngül Məmmədova Binəqədi rayon məhkəməsinə müraciət edib və məhkəmə də torpağın statusunu müəyyən etmədən qətnamə qəbul edib. Biz də Apellyasiya şikayəti verməklə vəsatət qaldırdıq ki, həmin torpağın statusu ilə bağlı sənədləri qəbul etsin.
Məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş etdik. Hakim də araşdırmanı apardı və qarşı tərəfin nümayəndəsi də məhkəmədə iştirak edirdi. Məhkəməyə hörmətsizlik edib qərar elan olunmadan çıxıb getdilər. Həmin məhkəmə ədalətli qərar qəbul etdi və Ali Məhkəmədə də bu gün sənəd qüvvədə qalır.
"Kanal 13”də Ələmşah adlı şəxs geniş çıxış edib və deputat Adil Əliyevin adını çəkir. Bu torpağın Adil Əliyevə nə aidiyyatı var? Həmin torpaq Qətibə Abdullayevanındır. Yazı yazanda xahiş edirəm ki, diqqət etsinlər. Həmin şəxsin məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Ləğv edilmiş torpaqla bağlı hansı əsasla iddia qaldıra bilərlər və Adil Əliyevdən pul tələb edə bilərlər?! Pul məsələsini gedib bələdiyyə ilə həll etsinlər. 2016-cı ildə Bakı şəhər Baş Polis İdarəsində araşdırma aparıldı. Heç bir sübut olmadı və vətəndaşa izah edildi ki, iddiasını bələdiyyədən tələb etsin”.
Jurnalist Nahid Canbaxışlı də öz növbəsində Adil Əliyevlə bağlı iddialara cavab verib: "Mən anlamıram ki, bu ərazinin Adil Əliyevə nə dəxli var? Adil Əliyev deputatdır, millətin danışan dilidir. O hər zaman Qarabağ qazilərinin, seçicilərinin yanındadır. Bəzi saytlar yazır ki, Adil Əliyev vor zakondur, bandaları, dəstələri var. Anlamıram ki, Adil Əliyevdən də "vor zakon" olar? O hüquqşünasdır, qanuni yolla seçilən millət vəkilidir. Bunlar hamısı yalandır, vicdanlı olmaq lazımdır".
Tədbirdə deputatdan şikayəçi olan Xəzangül Məmmədova da iştirak edib, lakin o konfransı yarımçıq tərk edib.
//Azxeber